Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - BƏYANAT
27 noyabr, 2020 00:26

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.
Azsiyasət.com "TASS"a istinadla məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır", - deyə bəyanatda bildirilir.