MOSSAD İranın “atom bombasının atası”nı 27 il izləyib

05 dekabr, 2020 22:35

İranın “atom bombasının atası” adlandırılan Möhsün Fəxrizadəni İsrailin MOSSAD təhlükəsizlik orqanı 1993-cü ildən izləyirmiş.

Azsiyasət.com xəbər verir ki, bu barədə “Ediot Ahronot” və “Maan” agentlikləri bildirib.

Məlumata görə, MOSSAD-ın agenti İranın hərbi nüvə layihəsi barədə ətraflı məlumat əldə etmək üçün 27 il öncə Fəxrizadə ilə əlaqə qurub.

Bir müddət əvvəl onun hələ 2008-ci ildə, İsrailin keçmiş baş naziri Ehud Olmert müdafiə naziri olduğu zaman öldürülməsinin planlaşdırıldığı barədə məlumat yayılmışdı. Məlumata görə, onda bu əməliyyat ləğv edilib.

Xatırladaq ki, Möhsün Fəxrizadə 2020-ci il noyabrın 27-də Tehran yaxınlığında öldürülüb.Möhsün Fəxrizadə Mahabadi 1958-ci ildə anadan olub. İran İslam İnqilabı Keşikçiləri Korpusunun zabiti olub, İmam Hüseyn adına Universitetdə fizikanı tədris edib. BMT Təhlükəsizlik Şurasının məlumatına əsasən, Möhsün Fəxrizadə İranın Müdafiə Nazirliyi, Silahlı Qüvvələrinin Fizika Mərkəzinin baş elmi işçisi olub.

Fəxrizadə ballistik raketlər üçün nüvə başlığı hazırlayan “Amad” adlı məxfi layihəyə başçılıq edirmiş.

Son 5 ildə İranda 5 atom fiziki öldürülüb. İran hakimiyyəti onları da İsrail və ABŞ-ın qətlə yetirdiyini iddia edib.

report.az

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?