“Sarqsyan 2018-ci ildə “Lavrov planı”nı imzalamağa hazır idi” - Ter-Petrosyan

07 dekabr, 2020 00:39

Vazgen Manukyanın rəhbərlik etdiyi mitinq Ermənistanda vətəndaş müharibəsinin təhlükəsi ilə bağlı narahatlığımı artırdı.

Azsiyasət.com xəbər verir ki, bunu  ilur.am saytındakı məqaləsində Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan dünən baş nazir Nikol Paşinyanın istefası tələbi ilə keçirilən mitinqi şərh edərkən yazıb.

Levon Ter-Petrosyan bəyan edib ki, onu bu fikrə düşməyə Manukyanın mitinq zamanı səsləndirdiyi bir sıra bəyanatlar sövq edib: "Nikol Paşinyan da başa düşməlidir ki, o nə qədər tez istefaya gedərsə, bir o qədər yaxşıdır. Müxalifət hərəkatı qalib gəlməyib, qəzəbli insanlar onu didəcəklər. Manukyan Paşinyanı qovmağın iki üsulunu nəzərdə tutur: könüllü və ya zorla. O, zorakılıq barədə bəyan etdi. Əgər bunlar sadəcə söz olsaydı, narahat olmağa xüsusi ehtiyac olmazdı. Ancaq Manukyanın rəhbərlik etdiyi izdihamlı yürüşlə baş nazir iqamətgahının yarım saatlıq mühasirəsi və Paşinyan ailəsini qorxutmaq kimi bir hərəkət, zorakılığa açıq hazırlıq nümayişindən başqa bir şey deyil.

Əgər bu, münaqişə tərəflərindən yalnız birinin mövqeyi olsaydı, yenə böyük təhlükə doğurmazdı”.

O, baş nazirin mövqeyini də eyni dərəcədə təhlükəli hesab edir. Sonuncunun ritorikası və davranışı onun getmək istəmədiyini və qarşıdurmaya hazır olduğunu göstərir. Ter-Petrosyanın sözlərinə görə, əgər hər iki tərəf qətiyyətli mövqedədirsə, münaqişə qaçılmazdır.

“Xalqımıza bunun sübutumu lazımdır? Məgər aydın deyil ki, Paşinyan da, Manukyan da öz intellektinə görə olmasa da, inadkarlığına, təbiətinə, avantürist meyllərinə və sona qədər getmək maniyasına görə əkizdirlər? Bəyəm ictimaiyyət unudub ki, onların hər ikisinin parlamentə "hücum" təcrübəsi var – 1996 - cı ildə Manukyanın, 2018-ci ildə  isə Paşinyanın?! 2018-ci ildə Serj Sarqsyan güzəşt edərək hakimiyyəti leqal yolla Nikol Paşinyana verdi. Yeri gəlmişkən, təəssüf ki, bununla Qarabağ probleminin kompromis həlli üçün daha bir şansı qaçırıldı, çünki, fikrimcə, Serj Sarqsyan yenidən seçildikdən dərhal sonra Lavrovun planını imzalamağa hazır idi, bu da Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanata nisbətən böyük bir qələbə olacaqdı.

Bununla belə, yuxarıda da deyildiyi kimi, Paşinyan və onun komandası bu gün hakimiyyətdən imtina etməyə hazır deyillər.

Vazgen Manukyanın diqqətsiz şəkildə ifadə etdiyi və Ermənistan üçün dağıdıcı nəticələrə gətirib çıxara biləcək təhlükəli düşüncəsinə istinad etməyə bilmərəm: “Türkiyəyə qarşı böyük bir qüvvə toplanacaq, dünya Türkiyəni bu hərəkətinə görə bağışlamayacaq. Türkiyəyə qarşı ittifaq yaradılsa, biz bu ittifaqda olacağıq".

Sual yaranır: Bəs Rəfael İşxanyanın "Üçüncü qüvvənin istisna edilməsi haqqında" qanunu hardadır? Belə çıxır ki, Antanta ölkələrinin antitürk müttəfiqliyinə güvənərək, Atatürkçü Türkiyə ilə Rusiyanın yaxınlaşmasına qarşı çıxaraq yalnız Ermənistanı deyil, digər torpaqları da itirdiyimiz vəziyyətə qayıdırıq. Manukyan həqiqətənmi başa düşmür ki, Ermənistanın hələ qurulmamış hər hansı bir antitürk müttəfiqliyinə qoşulmağa hazır olduğunu ifadə edərkən, tamhüquqlu rus-türk qarşılıqlı anlaşma həqiqətinə qarşı çıxırıq və bu, təkcə Türkiyəyə deyil, dostumuz - Rusiyaya da meydan oxuduğumuzu göstərir?!

Bu yazı ilə Vazgen Manukyana qarşı çıxmıram və Nikol Paşinyana dəstək olduğumu bildirmirəm. Ermənistanın və Qarabağın biabırçı və alçaldıcı məğlubiyyətini nəzərə alaraq, Paşinyan rejimi dərhal getməlidir. Ancaq daxili qarşıdurmalarla deyil, yalnız münaqişənin hər iki tərəfinə şərəf gətirəcək konstitusion vasitələrlə. Buna görə də, xalqımızı nə mövcud hakimiyyətin, nə də müxalifətin təhrik etdiyi vətəndaş müharibəsi təhlükəsi ilə yanaşı, koronavirusun yayılmasının idarəolunmaz hala gətirilməsi üçün son dərəcə təhlükəli olan kütləvi təxribatlarda iştirak etməməyə çağırıram. Ümid edirəm ki, ziyalılarımız ən azı bir dəfə ayıldıcı bir çıxış edəcəklər”,- deyə Ter-Petrosyan yazıb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"