İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
11 dekabr, 2020 23:50

İranın Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Azsiyasət.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
Qeyd edilib ki, səfirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana qarşı yönəlmiş əsassız ittihamlarla bağlı narazılıq ifadə olunub.