Oqtay Şirəliyevin qızı Rusiya XİN-də yüksək vəzifəyə təyin edildi
15 dekabr, 2020 00:17

Nərmin Şirəliyeva Rusiya Xarici İşlər Nazirliyinin strukturlarından biri olan "Rossotrudniçestvo"da bu qurumun rəhbərinin müşaviri vəzifəsinə təyin edilib.
Azsiyasət.com yerli KİV-ə istinadən xatırladır ki, N.Şirəliyeva indiyə qədər Moskva vilayətininin mədəniyyət naziri, qubernatorun mədəniyyət məsələləri üzrə müşaviri vəzifələrində çalışıb.
Qeyd edək ki, N.Şirəliyeva Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevin qızıdır.