Nikol Paşinyanın atası öldü
16 dekabr, 2020 16:23

Ermənistanın baş naziri Nikol Paşinyanın atası Vova Paşinyan ölüb.
Azsiyasət.com xəbər verir ki, bu barədə "Hraparak" məlumat yayıb.
"Əldə etdiyimiz məlumata görə,baş nazirin atası bir müddət öncə xəstəxanada dünyasını dəyişib. Xatırladaq ki, ağır vəziyyətdə olan Vova Paşinyan artıq uzun müddət idi ki, "Nairi" tibb mərkəzində müalicə olunurdu. Xəstəxanadan bizə məlumat verildi ki, o bir neçə saat öncə ölüb", - deyə məlumatda qeyd olunub.