Ərdoğanın qardaşı oğlu koronavirusdan dünyasını dəyişdi
21 dekabr, 2020 00:10

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşı oğlu Əhməd Ərdoğan 73 yaşında dünyasını dəyişib.
Azsiyasət.com xəbər verir ki, Ə.Ərdoğan koronavirus səbəbindən müalicə aldığı Kocaeli dövlət xəstəxanasında vəfat edib. Koronavirus testi pozitiv çıxan Əhməd Ərdoğan süni tənəffüs cihazına bağlı olub.
O, doğma yurdu Rizenin Güneysu rayonunda dəfn olunacaq.
Qeyd edək ki, Əhməd Ərdoğan Rəcəb Tayyib Ərdoğanın böyük qardaşı Həsən Ərdoğanın oğludur.