Gürcüstan Azərbaycan Ordusunun qələbəsinin ardınca “Bayraktar”lar sifariş verdi

26 dekabr, 2020 13:47

Azərbaycan Ordusunun o cümlədən döyüş və kəşfiyyat dronlarının kütləvi tətbiqi sayəsində Qarabağda qazandığı qələbədən sonra daha bir ölkə silahlanma konsepsiyasını dəyişib.

Azsiyasət.com xəbər verir ki, Gürcüstan hökuməti Qarabağdakı 44 günlük müharibənin ardınca hərbi büdcəsini artıraraq ordunun silahlanmasını yenidən təşkil etmək zərbə və kəşfiyyat PUA-larının alınacağını elan edib. O cümlədən Türkiyədən “Bayraktar TB2” zərbə pilotsuz təyyarələri sifariş verib. Gürcüstanın müdafiə naziri İrakli Qaribaşvili bildirib ki, ölkə gələn il  artilleriyanı dəstəkləmək üçün kəşfiyyat və düşmənin hədəflərini məhv etmək üçün döyüş pilotsuz təyyarələri alacaq. O cümlədən “Bayraktar”ların alınması üçün Türkiyəyə sorğu göndərib.

Bu bəyanat separatçı Abxaziyada ciddi narahatlığa səbəb olub. Qondarma Abxaziya “xarici işlər nazirliyi” bildirib ki, Gürcüstanın döyüş və kəşfiyyat dronları almaq planları onun mübahisələri qonşu Azərbaycanın Qarabağda həll etdiyi kimi silahla həll etmək niyyətindən xəbər verir.

“Dağlıq Qarabağda pilotsuz döyüş aparatlarının fəal istifadə edildiyi son hadisələr fonunda Gürcüstanın bu cür yüksək dəqiqlikli müasir silahlar almaq planları aktuallıq kəsb edir. Tamamilə aydındır ki, bu müasir silah növləri istisnasız olaraq ancaq həll edilməmiş münaqişələrin güc yoluyla həll edilməsi üçün tətbiq edilə bilər”,-“nazirliyin” bəyanatında bildirilir.

Qeyd edək ki, ərazisində “dondurulmuş” münaqişə ocağı olan və ərazisinin bir hissəsi (Krım) ilhaq edilən Ukrayna da hələ Qarabağ müharibəsindən əvvəl Türkiyədən “Bayraktar” dronları almışdı. Müharibədən sonra isə Ukrayna bu sahədə Türkiyə ilə əməkdaşlığı daha da genişləndirib, “Bayraktar”ların Ukrayna ərazisində birgə istehsalına dair razılaşma əldə olunub. Bir neçə həftə əvvəl Ukrayna ordusu Azərbaycan Ordusunun Qarabağdakı müharibə təcrübəsi əsasında irimiqyaslı təlimlər keçirib, bu təlimlərdə “Bayraktar”lardan da istifadə olunub.

virtualaz.org

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"