"Seçki olsa, qan töküləcək" - Erməni müxalifəti

29 dekabr, 2020 13:16

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrın 25-də bildirmişdi ki, o, növbədənkənar seçki keçirməyə, xalq ona etimad göstərməsə, hətta postundan getməyə hazırdır. O, müxalifəti bu məsələ ətrafında məsələhətləşmələr keçirməyə dəvət etmişdi.

Müxalifətin baş nazir postuna namizəd elan etdiyi Vazgen Manukyan Ermənistan ictimai telekanalına müsahibəsində deyib ki, Nikol Paşinyan baş nazir postunda qala-qala heç bir seçki keçirilə bilməz. “Vətənin xilası” hərəkatının lideri Manukyan bildirib ki, indiki şəraitdə seçki keçirilməsi ölkəni daha da parçalaya bilər: “İndiki vaxtda və yaxud bir aydan, iki aydan sonra seçki Ermənistanın parçalanması deməkdir. Çünki seçki mübarizə deməkdir, bütün partiyalar bir-biri ilə mübarizəyə başlayacaqlar. Bu situasiyada bu prosesə girməyə dəyərmi? Biz özümüzə gəlmədən bunu etmək olmaz”.

Paşinyan növbədənkənar seçkidən danışarkən dəqiq vaxt göstərməyib. Hazırkı konstitusiyaya görə parlament seçkisi baş nazir istefaya getdikdə və Milli Məclis iki dəfə yeni baş naziri təyin edə bilməyəndə keçirilməlidir. İndilik bu yeganə mexanizmdir.

Lakin Paşinyan daha bir yol təklif edir: Konstitusiyanı dəyişmək və seçkini baş nazir istefaya getmədən keçirmək. Lakin müxalifət bu təklifin əleyhinədir. Vazgen Manukyan deyib ki, o bu variantı heç nəzərdən keçirmək də istəmir: “O növbədənkənar seçkiyə qədər çıxıb getməlidir. Mən bu variantı heç müzakirə də etmək istəmirəm. O baş nazir kimi qalsa, Ermənistanda heç bir seçki olmayacaq. Əgər seçki olsa hər seçki qutusunun yanında dava-dala düşəcək, qan töküləcək”.

Müxalifətdən olan başqa partiyalar da Paşinyan istefaya getmədən keçiriləcək seçkinin əleyhinədirlər.

Maariflənmiş Ermənistan partiyasının fraksiya rəhbəri, bu partiyanın baş nazirliyə namizədi Edmon Marukyandır. Bu partiyadan olan deputat Taron Simonyan Paşinyanla hər hansı danışıqlara qarşıdır: “Biz hansı müzakirədə iştirak etsək də, o öz hakimiyyətini qoruyub saxlamaq istəyəcək. Yəni bu kreslo bu qədər əzizdir ki, adamlar ondan belə yapışırlar? Bu parlament ölkəsidir. Xalq parlament seçib. Bu sistemdə lap 10 baş nazir dəyişə bilər. İstəyirsiniz hər iki aydan bir baş nazir seçin. Bəli seçki olmalıdır. Amma bu seçki normal atmosferdə keçirilməlidir”.

Erməni mətbuatı yazır ki, müxalifətin bu tələblərinə hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts cavab verib. O seçki qutularının yanında qan töküləcəyi ilə bağlı iddiaya belə münasibət bildirib: “Bu nədir, eyham, yoxsa hədə? Bu əslində, o deməkdir ki, Ermənistanda hakimiyyətin Ermənistan vətəndaşına məxsus olması reallığını qəbul etməyən, onunla barışmayan adamlar var”.

Onun sözlərinə görə, müxalifət var gücü ilə inandırmağa və hətta hədələməyə çalışır ki, azad seçki yaxşı fikir deyil. Lilit Makunts deyib ki, müxalifət öz gücünü həddən artıq şişirdir, dövlət və hüquq-mühafizə sistemlərini isə lazımınca qiymətləndirmir. Bundan əvvəl Nikol Paşinyan da müxalifətin xalq tərəfindən dəstəklənmədiyini demişdi.

azpolitika.info

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"