"Prezident seçkilərində yenidən qələbə qazanacağıq" - Ərdoğan
13 yanvar, 2021 16:54

“2023 seçkilərində Cümhur İttifaqı olaraq həm məclisdə mütləq çoxluqla təmsil olunacağıq, həm də prezident seçkilərini təkrar qazanacağıq”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib.
“Ölkəmizi 2023-cü il hədəflərinə bütünlüklə çatdırmadan bizə durmaq, dayanmaq, bir anı belə boşa vermək haramdır”, - o vurğulayıb.