Putinin sözçüsündən Navalnının həbs edilməsinə reaksiya: "Onu Almaniyada saxlayıblar?"
18 yanvar, 2021 00:06

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov siyasətçi Aleksey Navalnının Moskvanın Şeremetyevo hava limanında həbs olunmasına münasibət bildirib.
Azsiyasət.com xəbər verir ki, o, “Podyom” nəşrinin əməkdaşına deyib ki, bu barədə heç bir şey bilmir:
"Üzr istəyirəm. Onu Almaniyada saxlayıblar? Mənim heç nədən xəbərim yoxdur”.
Kremlin nümayəndəsi əlavə edib ki, onun məzuniyyətinin son günüdür və baş verənləri izləməyib.