İndi isə şaquli enib-qalxan "Bayraktar"lar gəlir...

19 yanvar, 2021 10:31

Dünya Türkiyənin döyüş pilotsuz təyyarələrinin Liviya, Suriya və Qarabağda gedən hərbi əməliyyatlarda  oynadığı rolu müzakirə etməkdə ikən əfsanəvi “Bayraktar TB2” PUA-larının memarı daha bir yeniliyi təqdim etməyə hazırlaşır.

Azsiyasət.com Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə “Baykar” şirkəti “Bayraktar” şaquli enib-qalxan “Bayraktar” kəşfiyyat dronları işləyib hazırlayıb və yaxın günlərdə sınaq uçuşlarına başlayacaq.

Taktiki pilotsuz uçan aparatlar sinfinə daxil olan bu “Bayraktar”lar havaya tamamilə avtonom qalxa bilir, avtomatik, yəni yerüstü idarəetmə məntəqəsi ilə əlaqəsi olmadan  uçuş həyata keçirir, avtonom olaraq yerə enir və yarıavtonom rejimdə uçuş qabiliyyətinə də malikdir.

“Bayraktar” şaquli eniş-qalxış qabiliyyətli pilotsuz uçan aparatı elektrik motorlarını işə salaraq şaquli şəkildə havaya qalxır, daha sonra yanacaqla işləyən əsas mühərrikini işə salır və elektrik mühərriklərini söndürərək uçuş həyata keçirir. 12 saat fasiləsiz havada qala bilir, maksimal uçuş hündürlüyü 15 min futdur, normal uçuş hündürlüyü 9 min fut nəzərdə tutulur.

Bu pilotsuz uçan aparat üç eniş opsiyasına malikdir: şaquli eniş, gövdə üzərinə eniş və paraşütlə eniş. Məlumatları 150 kilometrə qədər məsafədən komanda mərkəzinə ötürür, qanadlarının eni 5 metr təşkil edir, 5 kiloqram faydalı yük qaldıra bilir. Hədəfi lazerlə işarələyir və lazer məsafəölçəninə malikdir.

Şaquli enib-qalxan pilotsuz təyyarələrin əsas üstünlüyü onların hər hansı hava limanı və ya uçuş meydançası olmadan istifadə edilməsi imkanındadır. Xatırladaq ki, “Baykar” şirkəti döyüş qabiliyyəti, taktiki-texniki göstəriciləri “Bayraktar TB2”-lərdən daha üstün olan, lazerlə hədəfə yönləndirilən 8 “ağıllı” raketlə təchiz edilmiş “Akıncı” pilotsuz təyyarələrinin də bu ildən etibarən seriya istehsalına başlayıb.

virtualaz.org

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"