Donbası Rusiyaya birləşdirək - Simonyan
29 yanvar, 2021 14:02

"RT" telekanalının baş redaktoru Marqarita Simonyan Donetskdəki forumda çıxışı zamanı skandal fikirlər səsləndirib.
Simonyan Donetski Rusiyaya birləşdirməyə çağırıb.
“Donbasdakı insanlar öz evlərində yaşamaq istəyirlər və bizim böyük Rusiyanın bir hissəsi olmaq istəyirlər. Biz bunu təmin etməyə borcluyuq. Ana Rusiya, Donbası evə götür”, - deyə o bildirib.