Pandemiyada Bill Qeytsin əli var? - Milyarder ittihamlara cavab verdi

01 fevral, 2021 00:16

"Vaksinləmə haqqında şayiələrin yayılması koronavirus epidemiyasınının müddətini uzada bilər".

Bunu “Microsoft” şirkətinin banilərindən biri, iş adamı və xeyriyyəçi Bill Qeyts Almaniyanın “Suddeutsche Zeitung” nəşrinə müsahibəsində deyib.

O, həmçinin növbəti dəfə pandemiyada əli olması barədə şayiələri təkzib edib.

"Bu, insanların sadə qərarlar axtardıqları böyük çağırışdır. Onlar pandemiyanın arxasında kiminsə dayanıb-dayanmaması barədə suallar verirlər", - iş adamı deyib.

Sahibkar qeyd edib ki, onun fondu artıq insanların vaksinə inamsızlığı ilə qarşılaşıb.

"Pakistan və ya Nigeriya kimi ölkələrdə poliomielitlə mübarizə zamanı vaksin haqqında şayiələr gəzirdi ki, o təhlükəsiz deyil və qadınlarda sonsuzluğa səbəb olur", - Qeyts əlavə edib.

Onun sözlərinə görə, bu cür yanlış fikirlərlə mübarizə aparmaq üçün nüfuzlu insanlara, ictimaiyyət xadimlərinə və ya böyük nüfuza malik olan dini liderlərə müraciət etmək lazımdır. Bill Qeytsin fikrincə, peyvəndin əhaliyə faydalarını yalnız onlar izah edə bilərlər.

Yeni koronavirusun ortaya çıxdığı gündən sosial şəbəkələrdə və bəzi mətbu orqanlarda Bill Qeytsin pandemiyada əli olmasına dair fikirlər yayılıb.

Bir sıra portallar və sosial şəbəkə istifadəçiləri Qeytsin bunu dünya əhalisinə qlobal nəzarət üçün etdiyinə dair iddia irəli sürüblər. Sahibkar isə bildirib ki, pandemiyada əli olması barədə fikirlər axmaqlıqdır.

Daha əvvəl iş adamının özü koronavirusdan peyvənd edilib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"