Qətl İstanbuldakı İran konsulluğunda planlaşdırılıb? - Sensasiyalı həbs

13 fevral, 2021 16:48

2019-cu ildə iranlı dissidentin qətlinə təhrikdə şübhəli bilinən İran rəsmisi Türkiyədə həbs edilib. Bu xəbəri adı çəkilməyən mənbəyə istinadən "Reuters" agentliyi yayıb.

Agentlik bildirib ki, o Məhəmməd Rza Nasirzadənin bu həftənin əvvəllərində saxlanmasına dair Türkiyənin "Sabah" qəzetində dərc olunmuş xəbəri təsdiq edə bilib. O İranın siyasi və hərbi rəhbərliyinin tənqidçisi kimi tanınan Məsud Mövləvi Vardancaniyə qarşı sui-qəsdin planlaşdırılmasında şübhəli bilinir.

"Sabah" qəzeti yazmışdı ki, Nasirzadə İranın İstanbuldakı konsulluğunun vətəndaş qeydiyyatı şöbəsinin əməkdaşı olub. "Reuters" bu informasiyanı müstəqil şəkildə təsdiqləyə bilmədiniyini yazıb. Agentlik qeyd edir ki, bu insident regional güclər olan Türkiyə və İranın münasibətlərində gərginlik yarada bilər.

İranın Xarici İşlər Nazirliyi "Sabah" qəzetinin xəbərini əsassız adlandırıb. İran kəşfiyyatının keçmiş əməliyyatçısı olmuş Vardancani İran rəsmiləri ilə bağlı bir sıra korrupsiya iddiaları səsləndirmişdi. O İranı tərk etdikdən bir il sonra, 2019-cu ilin 14 noyabrında İstanbulda güllə ilə vurularaq öldürülüb. İran rəsmiləri Vardancani barədə cinayət təhqiqatına başlamışdılar.

Türkiyə polisi 2020-ci ilin martında Vardancaninin qeyri-adi tərcümeyi-hala malik olduğunu bildirmişdi. Məlumatda deyilirdi ki, o İran rejiminin açıq tənqidçisi olmazdan az əvvəl İran Müdafiə Nazirliyinin kibertəhlükəsizlik xidmətində çalışıb. Türkiyənin iki vəzifəli rəsmisi 2020-ci ildə "Reuters"-ə demişdilər ki, Vardancaninin qətli İranın İstanbuldakı konsulluğunda planlaşdırılıb. O vaxt Türkiyə rəsmiləri hətta iki şübhəlinin adlarının baş hərflərini də bildirmişdilər. Bunlardan biri Nasirzadənin ad və soyadına uyğun gəlirdi.

ABŞ administrasiyasının bir rəsmisi 2020-ci ilin aprelindıə demişdi ki, Vaşinqtonun əlində Vardancaninin qətlində İranın Kəşfiyyat və Təhlükəsizlik Nazirliyinin iştirak etməsini deməyəəsas verən məlumat var. İran XİN-in sözçüsü Səid Xatibzadə Vardancaninin qətlində konsulluğun iştirakına dair iddiaları rədd edib.

Nazirliyin saytında dərc olunmuş məlumatda deyilir ki, İran bu məsələyə aydınlıq gətirilməsi üçün Türkiyə tərəfi ilə danışıqlar aparır. Ötən həftə Belçika məhkəməsi mühacirətdə olan müxalifət qrupuna qarşı qəsd planlaşdırmaqda ittiham olunan bir İran diplomatını 20 il müddətinə azadlıqdan məhrum edib. Bu diplomat 1979-cu il İslam İnqilabından bəri Avropada terrorçuluq ittihamı ilə məhkum edilən ilk İran rəsmisidir.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"