Ordudan sonra diplomatlar da Paşinyandan ÜZ ÇEVİRDİ
27 fevral, 2021 13:07

Ermənistanın diplomatik korpus nümayəndələri baş nazir Nikol Paşinyanın istefasını tələb edəcək.
Azsiyasət.com Ermənistanın “Past” qəzetinə istinadən xəbər verir ki, onlar arasında XİN-nin bir sıra əməkdaşları və bəzi ölkələrdəki səfirlər olacaq.
Paşinyanın istefası ilə bağlı müraciətin yaxın vaxtlarda dərc olunması gözlənilir.