Livan hökuməti tam tərkibdə istefaya getdi
11 avqust, 2020 00:04

Livan hökuməti tam tərkibdə istefaya gedib.
Bu barədə Livanın baş naziri Həsən Diyab bu gün keçirdiyi mətbuat konfransında bildirib. Baş nazir qeyd edib ki, hökumətin istefasını təqdim etmək üçün Livan prezidenti Mişel Aunla görüşəcək.
Qeyd edək ki, Beyrut limanında baş verən və azı 200 nəfərin ölümünə, 6 mindən artıq insanın yaralanmasına səbəb olan güclü partlayışdan sonra hökumət əlehinə kütləvi etiraz başlayıb.