Çörçilin ayaqqabıları 91 minə satıldı - FOTO
11 mart, 2021 10:42

Böyük Britaniyanın sabiq Baş naziri Uinston Çörçilə (1874-1965) aid olan əşyalar "Bellmans" hərrac evində satışa çıxarılıb.
Azsiyasət.com xəbər verir ki, U.Çörçilə məxsus üzərində adı və soyadı (WSC) qeyd olunan ayaqqabı və stəkan 39 min funt sterlinqə (təxminən 91 min 942 manat) satılıb.
Əşyaları əldə edən şəxsin kimliyi açıqlanmasa da, onun britaniyalı kolleksioner olduğu bildirilib.