Pandemiyaya görə hər bir amerikalıya 1400 dollar veriləcək
12 mart, 2021 10:43

ABŞ prezidenti Co Bayden ölkə tarixinin ən böyük yardım paketlərindən birinə imza atıb.
Azsiyasət.com xarici KİV-ə istinadən xəbər verir ki, “ABŞ-ın xilas planı” adını alan paket 1,9 trilyon dollarlıq yardımı nəzərdə tutur.
Həmin vəsaitin 400 milyard dolları pandemiya ilə mübarizəyə, 1 trilyon dollar isə əhaliyə maddi yardıma ayrılacaq. Amerikalılara 1400 dollar birdəfəlik yardım ediləcək.