Canlı yayımda bədbəxt hadisə: Ekran aparıcının üstünə aşdı - VİDEO
12 mart, 2021 16:21

Kolumbiyada yerli ESPN telekanalının canlı yayımında bədbəxt hadisə baş verib.
Azsiyasət.com report.az-a istinadən xəbər verir ki, studiyadakı böyük ekran qonaqlardan birinin üstünə düşüb. Hadisə nəticəsində xəsarət alan qonağın vəziyyətinin yaxşı olduğu açıqlanıb.
Ekran aşan zaman veriliş aparıcısının yerindən tərpənməməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.