Qarabağ müharibəsinin ardınca: Hindistan ABŞ-dan 3 milyard dollarlıq pilotsuz təyyarələr alır

14 mart, 2021 11:13

Hindistan hökuməti Azərbaycan ordusunun 44 günlük Qarabağ müharibəsindəki təcrübəsini təhlil edərək ABŞ-dan daha əvvəl sifariş verdiyi pilotsuz təyyarələrin sayını artırıb.

Azsiyasət.com virtualaz.org-a istinadən xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ-ın “General Atomics” şirkəti ilə danışıqlar aparan rəsmi Dehli bu şirkətdən 3 milyard dollara 30 ədəd MQ-9 Reaper döyüş pilotsuz təyyarələri almağı planlaşdırır.

Bu pilotsuz təyyarələrin alınmasına dair ilkin razılaşma hələ 2017-ci ildə Hindistan baş naziri Narendra Modi ilə ABŞ-ın o vaxtkı prezidenti Donald Tramp arasında danışıqlarda əldə edilmişdi. O zaman Hindistan tərəfi 22 ədəd MQ-9 Reaper almaq niyyətini ifadə etmidi. Lakin indi Qarabağ müharibəsinin ardınca Hindistan ordusu pilotsuz döyüş təyyarələrinin müasir münaqişələrdəki rolunu nəzərə alaraq onların sayını 30-a qaldırmağı qərara alıb. Plana görə Hindistan hərbi hava, dəniz və quru qüvvələrinin hər birinə 10 MQ-9 Reaper olmaqla cəmi 30 ədəd belə təyyarə alacaq.

MQ-9 həm döyüş, həm kəşfiyyat məqsədi ilə istifadə edilən, uzun müddətə havada qala bilən və orta hündürlüklərdə uçan pilotsuz təyyarədir. Maksimal qalxma hündürlüyü 15 kilometrdir, normal uçuş hündürlüyü isə 7.5 kilometrdir. Normal uçuş sürəti saatda 313 kilometr təşkil edir. 4800 kiloqrama yaxın faydalı yük daşıyır. Tam döyüş təchizatı ilə havada 14 saat qala, 2 min kilometrə yaxın məsafə qət edə bilir.

Xatırladaq ki, Hindistan ordusunun komandanlığı 44 günlük Qarabağ müharibəsinin ardınca Azərbaycan ordusunun döyüş təcrübəsini təhlil etməyə başlamışdı. Ordunun Baş qərargahı bildirmişdi ki, bu müharibə müasir münaqişələrdə silahlı pilotsuz aparatların rolunu ortaya qoyur və deməli silahlanma konsepsiyasında dəyişiklik edilməlidir. Hindistanın Pakistan və Çinlə sərhəd münaqişələri mövcuddur.

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?