Erməni müxalifətində parçalanma - Marukyan mövqeyini dəyişdi, seçki nə zaman olacaq?

16 mart, 2021 02:01

Ermənistanda “Maariflənmiş Ermənistan” müxalifət fraksiyasının lideri Edmon Marukyan deyib ki, o hakimiyyətdə erkən seçkiyə getmək iradəsi görür. Bləliklə o seçki məsələsində əvvəlki mövqeyini xeyli dəyişib.

Marukyan martın 15-də Milli Məclisdə keçirilən brifinqdə deyib: “Mən bundan əvvəl demişdim ki, onlar bunu etməmək üçün bəhanə axtarırlar, nə bilim, memorandum və sair. Amma indi görürəm ki, onlarda seçkiyə getmək iradəsi var. Deməli biz də seçkiyə gedirik”.

Lakin Marukyan bunu da əlavə edib ki, seçki ən geci iyunun 1-dək keçirilməlidir: “Vaxt bizim üşün mühümdür. Əgər bizim təklif etdiyimiz müddətdə seçki keçirilsə, konsensus olacaq. Biz iyunun 1-dən sonra qarantiya verə bilmərik ki, parlamentdə baş nazirliyə namizəd irəli sürülməyəcək. Buna görə də konsensus yalnız seçki iyunun 1-dək keçirilsə olacaq”.

Başqa sözlərlə Edmon Manukyan izah edib ki, seçki iyunun 1-dək keçirilsə Nikol Paşinyanın postuna başqa bir adamın namizədliyi verilməyəcək.

Marukyanın sözlərinə görə böhran o qədər dərindir ki, son dərəcə çevik hərəkət etmək lazımdır: “Seçkinin keçirilməsi üçün ən erkən vaxt may ayıdır ki, o heç olmasa iyunun 1-dək başa çatsın. Amma desək ki, “əsiz xalq sən bir az da döz, iyundan sonra danışarıq”, bu, ciddi söhbət olmayacaq. Əgər yaxın 10 gündə parlament buraxılsa, seçki iyunun 1-dək keçiriləcək. Əgər bu 10 gündə vəziyyət aydınlaşmasa, mən bu 10 gündən sonra nə baş verəcəyini bilmirəm. Çünki ölkə o qədər narahatdır və o qədər sarsıntı olub ki, mən heç bir proqnoz verə bilmərəm”.

Bundan əvvəl prezident Armen Sarkisyan baş nazir Nikol Paşinyanı və üç parlament fraksiyasının liderlərini, habelə baş nazirin istefasını tələb edən “Vətənin xilası” hərəkatının nümayəndələrini martın 13-də dəyirmi masaya dəvət etmişdi.

Hakim “Mənim addımım” və müxalif “Maariflənmiş Ermənistan” fraksiyasının liderləri təklifi qəbul etmişdilər. Lakin bu görüş prezidentin istədiyi formatda keçirilməyib. Bunun səbəbi “Çiçəklənən Ermənistan” və “Vətənin xilası” hərəkatının liderlərinin öz gündəliklərini təklif etməsi və şərt qoyması olmuşdu. Onlar tələb edirdilər ki, görüşün gündəliyinə Paşinyanın istefası məsələsi də daxil edilməlidir.

Bundan sonra Armen Sarkisyan adı çəkilən nümayəndələrlə ayrılıqda görüş keçirmişdi. Bu görüşdən sonra hakim “Mənim addımım” və “Maariflənmiş Ermənistan” bildirmişdilər ki, erkən seçki barədə razılaşma mümkündür. “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyansa deyib ki, baş nazir istefa verməli və erkən seçki keçirilməlidir. Onun sözlərinə görə yeni hökumət nə qədər tez təşkil olunarsa, problemlər də o qədər tez həll olunar. Bununla belə, Tsarukyan baş nazirlə görüşün mümkün olduğunu deyib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"