Suriyadan Türkiyəyə iki raket atıldı - VİDEO
19 mart, 2021 07:47

Suriyadan atılan raketlər Türkiyə ərazisinə düşüb.
Azsiyasət.com xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, raketlər Kilisin Beşevlər məhəlləsinə düşüb. Raketlərin YPG/PKK terror təşkilatının nəzarət etdiyi Tel-Rıfat bölgəsindən atıldığı qeyd edilir.
İlkin məlumata görə, hadisə nəticəsində yaralanan olmayıb. Məhəllədəki boş səhəyə və bir mərmər emalatxanasına düşən raketlərin sayı iki olub. Əraziyə çox sayda polis cəlb edilib. Raketlər partlamayıb. Onların zərərsizləşdirilməsi istiqamətində iş aparılır.