Paşinyanın 33, müxalifətin 1-2 faiz dəstəyi var... - Əhalinin 60 faizi isə heç kimə inanmır

24 mart, 2021 11:34

Ermənistanda keçiriləcək növbədənkənar seçkidə iqtidar namizədlərinin siyahısına indiki baş nazir Nikol Paşinyan başçılıq edəcək.

Azsiyasət.com erməni mediasına istinadən xəbər verir ki, bu bəyanatı martın 23-də hakim “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makunts verib.

Növbədənkənar seçkinin yeni, yoxsa mövcuid Seçki Məcəlləsi ilə keçiriləcəyinə dair suala cavab verərkən Makunts deyib: ""Mənim addımım” fraksiyası Seçki Məcəlləsinə dəyişikliklərin qəbuluna, tam olaraq proporsional seçki sisteminə keçilməsinə meyllidir. Hazırda bu barədə danışıqlar gedir". 

Deputat deyib ki, söhbət xeyli böyük dəyişikliklərdən gedir və müzakirələr fərqli seqmentlər üzrə aparılır. Makunts əlavə edib ki, dəyişikliklər qarşıdan gələn seçki üçün realist mahiyyət daşımalıdır.

“Mənim addımım” parlament fraksiyasının lideri dəyişikliyin yalnız proporsional sisteməmi aid olacağına dair dəqiqləşdirici sualın cavabında hələlik son formulu şərh etmək imkanında olmadığını bildirib. Təhlilçilər bildirirlər ki, tam proporsional sistemə keçid yalnız partiya siyahıları əsasında seçki deməkdir və bu, daha çox Paşinyanın partiyası üçün əlverilşlidir.

Son rəy sorğuları onun parttiyasının 33 faiz populyarlığa malik olduğunu göstərib. Rəy sorğularına görə müxalifət partiyalarını respondentlərin yalnız 1-3 faizi dəstəkləyib. Rəyi soruşulanların 60 faizindən çoxu heç bir siyasi qüvvəyə inanmadığını deyib.

Xatırladaq ki, baş nazir Nikol Paşinyanla “Çiçəklənən Ermənistan” partiyasının lideri Qagik Tsarukyan arasında keçirilən görüşdən sonra Ermənistanda növbədənkənar seçkinin iyunun 20-də keçiriləcəyi elan olunub.

Bu arada Nikol Paşinyana qarşı ən barışmaz mövqe tutan “Vətənin xilası” hərəkatı Yerevanın mərkəzindəki Baqramyan prospektini açmaq qərarına gəlib. Lakin Demirçyan küçəsindəki “çadır şəhərciyi” hərəkatın qərargahı olaraq qalacaq.

Hərəkat yeni bəyanatında siyasi aksiyalarının coğrafiyasını böyüdərək rayonlara çıxaracağını bəyan edib. Qərargahın məqsədi iqtidara təzyiqi saxlamaq və hərəkatın sonrakı addımlarını koordinasiya etməkdir. O da xəbər verilir ki, martın 28-də Baqramyan prospektində müxalifət partiyalarının “ümummilli mitinqi” keçiriləcək. “Vətənin xilası” hərəkatı 15-17 siyasi partiyanı təmsil edir.

Bu arada martın 23-də, ilyarım davam edən məhkəmə prosesindən sonra hakim Anna Danibekyan elan edib ki, Ermənistanın ikinci prezidenti Robert Koçaryan və onun tabeçiliyində olmuş daha üç nəfər barəsində işə mahiyyəti üzrə baxılmasına başlanıb.

Köçəryan və sözügedən üç nəfər konstitusiya quruluşunu devirməkdə ittiham olunurlar. Hakim bunu elan edəndə Köçəryanın vəkilləri nümayişkəranə şəkildə məhkəmə zalını tərk ediblər. Onlar məhkəməni boykot etdiklərini bildiriblər və bundan sonra məhkəmə iclası təxirə salınıb. Gələn həftə prokurorluq ittihamnaməni təqdim etməlidir.

Xatırladaq ki, Köçəryan və onunla birlikdə 2008-ci ilin qanlı hadisələrinə görə ittiham olunan daha üç nəfərin cinayət işinə baxılmasına hakim Anna Danibekyanın sədrlıiyi ilə 2019-cu ilin sentyabrında başlanıb. Bu ilyarım ərzində iş mahiyyəti üzrə baxılma mərhələsinə çatmayıb. Bu müddət ərzində tərəflər bir-birlərini məhkəmə prosesini qəsdən uzatmaqda ittiham ediblər.

İttiham tərəfi isə bildirir ki, prosesi Köçəryanın vəkilləri saysız-hesabsız vəsatətlər qaldırmaqla uzadıblar.

azpolitika.info

22 dekabr

09:40 - Bahalaşma dalğası davam edir - 2026-cı il risk altında09:36 - Paşinyan İlham Əliyevə təşəkkür etdi - "Bu, ən mühüm nailiyyətlərdən biridir"09:32 - ABŞ 30 ölkədəki səfirlərini geri çağırır - SƏBƏBLƏR

19 dekabr

09:54 - Avropa İttifaqı Ukraynaya 90 milyard avro ayırdı 09:52 - Neft məhsullarının Ermənistana daşıyan qatar Qazaxdan yola salındı09:49 - Neft yenə 60 dollardan aşağı düşdü

16 dekabr

14:17 - Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək istəyir - AÇIQLAMA14:14 - Abbas Abbasov axtarışa verildi - "Mehdiyev işi"14:12 - Müharibə əlilləri və şəhid ailələri - Bu rüsumdan azad edilir

15 dekabr

16:19 - THY-nin Bakı nümayəndəliyi işçiləri gecə məcburi işə çıxarıb, ödəniş etməyib16:16 - Ukrayna-ABŞ danışıqlarının ikinci raundu başladı16:12 - İrəvan Brüsselə üz tutdu - Parlament seçkiləri ərəfəsində "xarici müdaxilə" həyəcanı16:11 - Azərbaycanda idxal-ixrac və tranzit də rəqəmsallaşır 16:04 - Prezidentdən amnistiya təşəbbüsü - 20 mindən çox şəxsə şamil olunacaq

12 dekabr

19:55 - "Veysəloğlu" Şirkətlər Qrupu Fəxri Xiyabanda Ümummilli Liderin məzarını zyarət edib - FOTOLAR

09 dekabr

18:52 - AZAL təyyarəsinə dair yeni açıqlama - Faciənin ildönümü 18:45 - "Ukraynada prezident seçkilərinin vaxtı çatıb" - Tramp18:40 - Veysəloğlu Şirkətlər Qrupu "Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi" kitabının təqdimatında iştirak edib - FOTOLAR

08 dekabr

12:05 - Azərbaycanlı milyarderin işində gizli şahid ortaya çıxdı12:02 - İlham Əliyev iranlı naziri qəbul etdi 12:00 - Rusiya ordusu sürətlə irəliləyir... - "Telegraph"

02 dekabr

13:17 - Zelenski istefa verir? 13:12 - Quru sərhədlərin açılması məsələsi gündəmə gəldi13:10 - Rusiya Pokrovsk və Vovçanska nəzarəti ələ keçirdi

01 dekabr

11:48 - Regionda ən bahalı mobil telefon tarifləri Azərbaycandadır - "Numbeo" 11:46 - Azərbaycanla həmsərhəd ərazidə ŞƏT-in təlimləri başlayır11:43 - Əli Kərimli hansı maddə ilə ittiham edilir?

27 noyabr

14:23 - İlham Əliyev mineral daş yunu zavodunun açılışında...14:20 - "Rusiyanın raket gücü Qərbi Ukrayna üzrə sülhə razı saldı" - "The New York Times" 14:18 - "ABŞ-nin sülh planının əsas məqamları razılaşdırılıb, top Ukrayna tərəfdədir" - Lukaşenko