Rusiyanın ərazilərini genişləndirmək istəyən "üçü birində" partiyası: - "Donbass Rusiyadır!"

27 mart, 2021 11:12

Rusiyada üç partiyanın birləşməsindən yaranan yeni partiyanın siyasi proqramının bəndlərindən biri yeni ərazilər əldə etməkdir. Azsiyasət.com virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda “Ədalətli Rusiya-Vətənpərvərlər-Həqiqət uğrunda” partiyasının mərkəzi aparatının rəhbərinin müavini Nikolay Noviçkov keçirdiyi brifinqdə deyib. Məlumatı RBK yayıb.

Partiyanın adının bu cür uzun və müxtəlif mənalı söz birləşmələrindən ibarət olması onunla əlaqəlidir ki, həmin partiya üç fərqli partiyanın birləşməsindən yaranıb. Bu ilin yanvar ayında “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov, “Həqiqət uğrunda” partiyasının lideri Zaxar Prilepin və “Rusiya Vətənpərvərləri” partiyasının lideri Gennadi Semigin  birləşmək barədə manifest imzalayıblar. 

Fevral ayında keçirilən qurultaydan sonra yeni, birləşmiş partiya yuxarıdakı adı alıb. Mironov, Prilepin və Semigin qarşıdakı duma seçkilərində birləşmiş partiyanın seçki siyahısına başçılıq edəcəklər.

“Bizim üç partiyanın lideri tərəfindən imzalanmış manifestdə yazılıb-“Donbass-Rusiyadır”. Və Rusiyaya birləşmək istəyən bütün ərazilər bunu etmək imkanı almalıdır, rusiyalılar, bizim həmvətənlərimiz isə vətən üzərində haqqa sahib olmalıdır”,- Noviçkov belə deyib.

“Vedemosti” nəşri isə  partiyaya Prilepinin gətirdiyi yazıçı Nikolay Starikovdan sitat gətirir. Starikov qeyd edir ki, partiyanın proqramının əsas ideyalarından biri Rusiyanın “mübahisəli ərazilər, məsələn, Abxaziyanın hesabına genişləndirilməsidir”.

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur?