Paşinyan istefa verəcəyi vaxtı AÇIQLADI
28 mart, 2021 17:39

Ermənistanın Baş naziri Nikol Paşinyan apreldə istefa verəcək.
Azsiyasət.com xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. O Armavir bölgəsinin sakinləri ilə görüşündə bildirib ki, növbədənkənar parlament seçkilərinə qədər Nazirlər Kabineti başçısı vəzifəsini icra edəcək.
“Apreldə istefa verəcəm. Ancaq hakimiyyətdən getmək üçün yox, erkən seçkilərin keçirilməsi üçün. Baş nazir səlahiyyətlərimin icrasını davam etdirəcəyəm”, - deyə Paşinyan bildirib.