Belarusda polislər etirazçılara dəstək verdi - FOTOLAR
15 avqust, 2020 00:12

Müstəqillik meydanında, Belarus Hökumət Evinin və MSK binasının yerləşdiyi ərazidə güc strukturları əməkdaşları nümayişçilərlə həmrəylik əlaməti olaraq əllərindəki qalxanları endirib.
"Azsiyasət.com" xəbər verir ki, bu barədə sosial şəbəkədə foto və videolar yayılıb. Həmin əraziyə toplaşan minlərlə insan Prezidentin istefasını tələb edir.
Qeyd edək ki, avqustun 9-da Belarusda keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Aleksandr Lukaşenko növbəti dəfə prezident seçilib.