Livan yeni müharibənin bir addımlığında - beynəlxalq çəkişmə güclənir

16 avqust, 2020 10:50

Livanın paytaxtı Beyrutda, 4 avqustda baş verən və 158 adamın ölümüylə nəticələnən patlayışdan sonra  hökuməti hədəf alan etiraz aksiyaları ilə əlaqədar ilk istefa qərarı gəlib.

Azsiyasət.com saytı strateq.az xəbər verir ki, ölkənin İnformasiya naziri Menal Abdussamed Livan xalqından üzr istəyərək vəzifəsindən istefa verib.

Livanda isə proseslər səngimək bilmir. Ölkədə meydanların insanlarla dolduğu xəbər verilir. Məlumata görə, bir general tərəfindən idarə edilən daha bir qrup dövlət binalarını ələ keçirib və çevriliş etməyə çalışır (Türk sosial şəbəkə hesabları iddia edir ki, həmin generalı Birləşmiş Ərəb Əmirlikləri dəstəkləyir.)

Proseslərə artıq xarici qüvvələr də müdaxilə etməyə başlayıb. ABŞ-ın Beyrutdakı səfirliyi nümayişçiləri dəstəklədiyini və livanlıların daha yaxşı siyasi liderlərə ehtiyacları olduğu barədə açıqlama verib. Bu isə açıq şəkildə vətəndaşları hakimiyyətə qarşı ayaqlandırmağa təşviq etmək kimi anlaşıla bilər.

Livanın keçmiş müstəmləkəçisi Fransa da hadisələrdən kənarda qalmaq fikrində deyil. Son günlərdə Livana səfər edən Makron Fransanın müdaxilə etməməsi durumunda İran, Türkiyə və ya Səudiyyənin ölkəni ələ keçirəciyini bildirmişdi. Bu da məlum partlayışın Parisin işinə yaradığı və dolayısıyla hadisədə barmağı ola biləcəyi barədə qənaətləri gücləndirir.

Yaxın Şərqin müsəlman ölkələri də hadisələrdən kənarda qalmaq fikrində deyillər. Türkiyənin vitse-prezidenti Fuat Oktay da bu gün Livana səfər edib. Aralıq dənizinin yeraltı qaynaqlarının istismarında öz maraqlarını açıq şəkildə ortaya qoyan Ankaranın Livanda baş verənlərə laqeyd qalmaması başadüşüləndir. Şərqi Aralıq dənizinin karbohidrogen resurslarının istismarında Fransa və İsraili özünə əsas rəqib kimi görən Ankara Parisin bu açılımına laqeyd qala bilməzdi.

İran isə Aralıq dənizinə çıxışı – Livanda Qərb güclərinin yeni planlar qurmasına şiddətlə müqavimət göstərəcək. Xüsusilə, İran dəstəkli Hizbullah qruplaşması Livanda hələ də çox güclüdür. İranın hərbi dokrtinası ölkəyə gözlənilən hücumları sərhədlərindən uzaqlarda qarşılamağı tələb edir. Rəsmi Tehranın “Şiə hilalı” adlı yayılma strategiyasının əsas həlledici ucu isə Livanda tamamlanır. İsraillə həmsərhəd olan  Livan İrana əsas rəqiblərdən birinə qarşı məsafə üstünlüyü qazandırır və Tehran bu coğrafi mövqeyini nəyin bahasına olursa olsun qoruyb saxlamağa çalışacaq.

İsrail də ötən həftə Livana meydan oxuyub.

Maraqlıdır ki, yuxarıda sadaladığım bütün dövlətlərin daxili siyasətində ciddi problemlər mövcuddur. İsraildə Netanyahuya qarşı günlərdir mitinqlər təşkil olunur. ABŞ və Fransa çalxantılı günlərdən keçir. İran və Türkiyə iqtisadi tənəzzül yaşayır. Belə görünür ki, son günlərdə bəziləri daxili ictimai diqqətləri Livana yönəltməklə bəzi məqamları unutdurmağa çalışır.

Bununla belə, Livan proksi müharibənin bir addımlığındadır. Ehtimallara görə, bu ssenari baş verərsə, onun qlobal miqyaslı təsirləri olacaq.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI