Rusiya Ermənistana peyvənd göndərdi
08 aprel, 2021 10:03

Rusiyanın “Sputnik V” peyvəndinin 15 min dozadan ibarət ilk partiyası Ermənistana gətirilib.
Bu barədə Rusiyanın İrəvandakı səfirliyinin müşaviri Pavel Kuroçkin bildirib. Onun sözlərinə görə, Ermənistana verilən vaksin risk qrupunda olan əhalinin peyvəndlənməsinə yönəldiləcək.
Rusiyalı diplomat bildirib ki, bu, keçən ildən başlayan Rusiyanın pandemiya ilə mübarizədə Ermənistana verdiyi genişmiqyaslı dəstəyin davamıdır.