Rusiyanın daxilində çoxlu “ayrıca dövlətlər” var, Belarus yadımıza da düşmür” - Dmitri Solonnikov

17 avqust, 2020 00:28

Rusiya əvvəlcə özünün daxilində nizam-intizam yaratmalı, vahid ideya müəyyən etməlidir və yalnız bundan sonra biz, digər dövlətlərə, o cümlədən, hazırda siyasi böhran vəziyyətində olan Belarusa effektli təsir göstərə bilərik. Bu barədə Müasir Dövlət Inkişafı İnstitutunun direktoru Dmitri Solonnikov bəyan edib.

Poitoloqun sözlərinə görə, yaxın qonşuları (Ukrayna və Belarus) ilə Rusiyanın uğursuzluqlarının əsas səbəbi burada «gizlənir» ki, bizim ölkəmizdə bütün xarici siyasi prosesləri koordinasiya edəcək vahid mərkəz yoxdur.

Solonnikov hesab edir ki, bunun nəticəsində nəhəng ölkənin beynəlxalq siyasəti öz aralarında pis koordinasiya olunmuş müxtəlif güclərdən ibarət mozaikaya bənzəyir. «Xarici-siyasi məkanda Rusiyanın maraqları heç də birmənalı deyil. Xarici İşlər Nazirliyinin dedikləri ilə ifadə olunan dövlət siyasəti var və ya prezident administrasiasının və ya müxtəlif dövlət strukturlarının dedikləri ilə ifadə olunan siyasət. Həm də digər istiqamətlər var - müxtəlif siyasi və kommersiya axınları. Rusiyanın daxilində ümumiyyətlə, özəl maraqları olan çoxlu kiçik və böyük «ayrıca dövlətlər» var. Və bu məsələdə nizam yaratmaq bizdə hələ alınmır. Vahid güc mərkəzi yoxdur, vahid idarəetmə sistemi yoxdur. Ona görə də hər kəs öz məsələsini özü bildiyi kimi həll edib, şəxsən özünə lazım olan səmərəni əldə etməyə çalışır» - Solonnikov bildirib.

Nümunə qismində o, əvvəllər öz ölkəsində yaradılmış birikmə və udulma sxemlərini Belarusda da reallaşdırmağa cəhd edən Rusiya korporasiyalarının fəaliyyətini önə çəkib. «Kommersantların adətən öz hədəfləri olur. Həmişə onların maraqları yerdə qalan rusiyalıların maraqlarına uyğun gəlirmi? - bu da mürəkkəb sualdır. Mənim fikrimcə, heç də həmişə uyğun olmur. Sahibkarlara əlverişli olanlar heç də həmişə bütün vətəndaşlar üçün yaxşı olmur. Ona görə də hətta əgər biz, şərti olaraq ifadə etsək, bu gün kiminsə xeyrinə «Belaruskaliy» müəssisəsini və ya Belarusun qaz nəqli sistemini özəlləşdirsək, rusiyalıların əksəriyyətinə bunun faydası olmayacaq. Məgər insanlar ondan udacaqlar ki, qonşu ölkədəki hansısa aktivlər rusiyalı oliqarxların əlinə keçəcək? Və bütün epizodlar üzrə belədir» - deyə, politoloq qeyd edib.

O, bildirib ki, «birləşmək» kəliməsi altında rusiyalı biznesmenlərin böyük hissəsi Belarus iqtisadiyyatının ayrı-ayrı hissələrinin Rusiya iqtisadiyyatının ayrı-ayrı hissələrinə «birləşdirilməsi» kimi başa düşürlər.

«Maraqlar mübarizəsi gedir. Və burada əsas məsələ ondan ibarətdir ki, ümumiyyətlə, kommersiya və dövlət maraqları nə qədər korrelyasiya olunur. Mən əmin deyiləm ki, onlar 100 faiz üst-üstə düşür» - Solonnikov bildirib və əlavə edib ki, biz, iki paralel prosesi müşahid edirik və bu zaman bir çox oyunçular özlərinin iqtisadi məsələlərinin həllində səs-küylü «birləşmə» ritorikasından istifadə edirlər».

Solonnikovun fikrincə, Rusiya əvvəlcə özünün daxilində nizam yaratmalı, bütün idarəetmə sistemində vahid hədəf müəyyən etməlidir. Yalnız bundan sonra, Belarusla, Ukrayna ilə və uzaq-yaxın xaricdəki dövlətlərlə qarşılıqlı fəaliyyətin effekti ola bilər.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI