Soros fondunun Ermənistandakı rəhbəri istefa verdi
09 aprel, 2021 22:30

Ermənistandakı Açıq Cəmiyyət Fondunun (Soros) rəhbəri Larisa Minasyan vəzifəsindən istefa verib.
Azsiyasət.com erməni KİV-inə istinadən məlumatına görə, yaxın günlərdə Fondun Ermənistanda yeni direktor seçəcəyi bildirilib.
Xatırladaq ki, Larisa Minasyan 21 il idi Ermənistandakı Açıq Cəmiyyət Fonduna rəhbərlik edirdi.