Lukaşenko müxalifəti dövlət çevrilişinə cəhddə ittiham etdi

18 avqust, 2020 22:18

Belarus Prezidenti Aleksandr Lukaşenko müxalifəti dövlət çevrilişinə cəhddə ittiham edib.

O, bu bəyanatla Təhlükəsizlik Şurasının iclasında çıxış edib.

A.Lukaşenko bildirib ki, müxalifət hakimiyyəti ələ keçirmək üçün Koordinasiya Şurası yaratmağa qərar verib.  Onun sözlərinə görə, yeni element - hakimiyyətin, xüsusən də güc  strukturlarının başının altına yastıq qoymaq cəhdidir: "“Biz sülhsevərik, yaxşıyıq, başa düşürsünüz, biz artıq qarşıdurma istəmirik”. Bu həm belədir, həm də belə deyil. Bu, şirmadır. Müxalifət bizi başqa tərəfə itələyir. Özü də nə az, nə çox - hakimiyyəti onlara verməyimizi istəyir. Deməli, biz bunu birmənalı qiymətləndiririk: bu, hakimiyyəti ələ keçirmək cəhdidir”.

A.Lukaşenko deyib ki, hakimiyyət Konstitusiya və qanunlara uyğun olaraq bütün adekvat tədbirləri görəcək. "Mən həmin Şuraya daxil olanları xəbərdar etmək istəyirəm ki, biz adekvat tədbirlər görəcəyik. Ancaq yalnız Konstitusiya və qanunlar çərçivəsində. Bəzi isti başları sərinləmək üçün bu tədbirlər kifayət qədərdir", - deyə Prezident xəbərdarlıq edib.

Dövlət başçısı müxalifət Şurasının tərkibinə də münasibət bildirib: "Onlar deyilən kimi, keçmiş "hiyləgərlərdən" ibarətdirlər. Vaxtilə hakimiyyətdə olmuş, incimiş şəxslər və açıq-aşkar nasistlər də var. Bu siyahıya baxın".

Qeyd edək ki, prezidentliyə namizəd olmuş Svetlana Tixanovskaya hakimiyyətin ötürülməsinin təmin olunması üçün Koordinasiya Şurasının yaradılması təşəbbüsü ilə çıxış edib. O, dialoqa hazır olduğunu da bildirib.

Onu da xatırladaq ki, Belarusda avqustun 9-da prezident seçkiləri keçirilib. Mərkəzi Seçki Komissiyası hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80% səslə qalib gəldiyini elan edib. Belarus Prezidentinin əsas rəqibi S. Tixanovskayanın isə 10% səs topladığı açıqlanıb.

Seçkilərdən sonra nəticələrə etiraz olaraq nümayişlər keçirilir.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub