Lavrov Tovuz döyüşlərinə görə Ermənistanı ittiham etdi

21 avqust, 2020 13:47

Rusiyanın “Trud” qəzetinə müsahibə verən Xarici İşlər naziri Sergey Lavrov iyul ayında Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlərlə bağlı danışıb.

“Azsiyasət.com” xəbər verir ki, jurnalistin döyüşlərlə bağlı sualını cavablandıran XİN rəhbəri yaranmış vəziyyətə görə Ermənistanı günahlandırıb.

Belə ki, nazir jurnalistin “Azərbaycan - Ermənistan sərhədində növbəti şiddətlənmənin arxasında nə dayanır və onun genişmiqyaslı hərbi münaqişəyə çevrilmə ehtimalı nə qədərdir?” sualına cavab olaraq deyib: “Bu döyüşlərin arxasında bir sıra kompleks səbəblər dayanır. Əsası, şübhəsiz ki, həll olunmamış Qarabağ problemidir. Üstəlik, sərhədin hər iki tərəfindəki ictimai məkanın qeyri-adi dərəcədə istiləşməsi. Coğrafi amil də bir növ təhrikedici rol oynadı: Ermənistan tərəfinin Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini reanimasiya etmək qərarı bir tərəfdə yüksək narahatlıq yaratdı, digər tərəfin (Ermənistan - red.) qeyri-adekvat reaksiyası nəticədə ən gözlənilməz nəticələrə yol açdı”.

Lavrov qeyd edib ki, vəziyyəti sabitləşdirmək üçün iyulun 13-də Rusiya Xarici İşlər Nazirliyi tərəfləri dərhal atəşkəsə çağırıb, həmçinin Azərbaycan və Ermənistandakı həmkarları ilə telefon danışığı aparıb və Rusiyada hər iki ölkənin diaspor təşkilatlarının nümayəndələri ilə görüşüb.

O bildirib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin vaxtından əvvəl bərpa olunacağını gözləyir.

“Biz bu barədə ATƏT-in Minsk Qrupundakı tərəfdaşlarımızla birlikdə işləyirik”, - deyə Lavrov qeyd edib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"