Seçki günü Koçaryana "sürpriz" - FOTOLAR
20 iyun, 2021 11:35

Xəbər verdiyimiz kimi, bu gün Ermənistanda seçkilər keçirilir.
Azsiyasət.com “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, seçki günü Yerevanda Ermənistanın ikinci prezidenti, “Ermənistan” blokunun lideri Robert Koçaryana pis “sürpriz” ediblər.
Belə ki, paytaxtın inzibati bölgələrindən birində üzərində Koçaryanın şəkilləri olan vərəqələr küçələrə səpilib.
Şəkillərin üzərində isə “Ermənilərin qatili” sözləri yazılıb.





