Paşinyan və Koçaryan seçkiyə nə qədər pul xərcləyiblər?
20 iyun, 2021 23:35

Ermənistanın Mərkəzi Seçki Komissiyası növbədənkənar parlament seçkilərində iştirak edən partiya və siyasi blokların seçkiqabağı təbliğat və təşviqat kampaniyasına xərclədiyi vəsaitləri açıqlayıb.
Azsiyasət.com xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Məlumata görə, ən çox Nikol Paşiyanın “Vətəndaş sazişi” partiyası pul xərcləyib. Seçkiqabağı kampaniya üçün 458.5 milyon dram (təxminən 1.5 milyon manat) istifadə olunub.
Ölkənin keçmiş prezidenti Robert Koçaryanın “Ermənistan” bloku isə 309.3 milyon dramla (təxminən 1 milyon manat) siyahda ikinci yerdə qərarlaşıb.