Prezidentin helikopteri atəşə tutuldu - Ölkə şokda
26 iyun, 2021 12:24

Kolumbiya Prezidenti İvan Duqenin içində olduğu helikopter atəşə tutulub.
Azsiyasət.com xarici mediaya istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqindəki Katatumbp bölgəsində baş verib.
Hücum zamanı prezident və ətrafındakılar xəsarət almayıb. Hazırda xüsusi xidmət prezidentin olduğu helikopteri atəşə tutanları müəyyənləşdirməyə çalışır.