Putin restoran və kafelərin ƏDV-dən azad edilməsi haqqında qanun imzaladı

02 iyul, 2021 15:35

Rusiya Prezidenti Vladimir Putin tələblərə cavab verən iaşə müəssisələrini əlavə dəyər vergisindən (ƏDV) azad edən qanun imzalayıb. TASS-ın məlumatına görə, sənəd cümə günü rəsmi məlumat portalında yayımlanıb. Bildirilir ki, restoran, kafe, bar, bufet, qəlyanaltı, yeməkxana və bu kimi digər obyektlər, habelə müştərinin seçdiyi yerdəki obyektlərin xaricindəki ictimai iaşə xidmətləri vergidən azad edilir.

Sənədə görə, ƏDV-dən azad olmaq üçün eyni vaxtda aşağıdakı şərtlər yerinə yetirilməlidir: təşkilatın illik gəliri iki milyard rublu (təxminən 46 milyon manat - red.) keçməməlidir, ictimai iaşə xidmətlərinin həyata keçirilməsi gəlirləri il ərzində 70 faizdən az olmamalıdır, təşkilat və ya fərdi sahibkar tərəfindən fiziki şəxslərə ayrılan mükafatların orta aylıq səviyyəsi Rusiyanın hər bir subyektində orta aylıq əməkhaqqından aşağı olmamalıdır. Qanun həmçinin mədəniyyət qurumlarını gəlir vergisi hesablamaq və ödəməkdən azad edir. Rusiya bölgələrindən sahibkarlığa dəstək tədbirlərinə (yəni subsidiyalar və kiçik və orta sahibkarlığı dəstəkləmək üçün sahibkarlıq subyektlərinə təmənnasız təqdim olunan digər tədbirlər) fərdi gəlir vergisi və ƏDV tətbiq olunmayacaq.

Bundan əlavə, qanun yanacağa dempfer mexanizminin təsirini korrektə edir. Bu, neft emalı iqtisadiyyatını yaxşılaşdırmalı və Rusiyada benzinin qiymətlərinin dinamikasını inflyasiya daxilində saxlamalıdır.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"