"Biz onlara göstərərik" - Lukaşenko Avropanı hədələdi

28 avqust, 2020 19:09

Belarus Prezidenti Aleksandr Lukaşenko Avropa Birliyi və qonşu Litvanın sanksiyalarla bağlı qərarına sərt reaksiya verib. Belarus mətbuatında prezidentin ölkədəki zavodların birinə səfəri zamanı xüsusilə Litvanın ünvanına səsləndirdiyi sərt açıqlamalar yer alıb.

Lukaşenki bildirib ki, Belarus qonşu ölkəyə qarşı cavab olaraq, müxtəlif sahələr, xüsusilə də nəqliyyat, yükdaşımaları, aviasiya və s. istiqamətlər üzrə sanksiyalar tətbiq edəcək: 

“Biz onlara göstərərik sanksiya nə deməkdir. Əgər onlar əvvəl Çinə və Rusiyaya bizim üzərimizdən gedirdilərsə, ticarət edirdilərsə, indi Qara dəniz və Baltik dənizi üzərindən uçub gedərlər.”

Bununla da Belarus prezidenti hava və quru sərhədlərini Litva və Avropa Birliyi ölkələri üçün bağlayacaqlarının anonsunu verib.

Lukaşenko artıq Litva limanları üzərindən göndərilməli olan yüklərin başqa istiqamətlərə yönləndirilməsinə dair göstəriş verdiyini də bildirib: 

“Görək onlar(Litva-red.) indi necə yaşayacaqlar. Litva büdcəsinin 30 faizi bizim həmin ölkə ərazisindən keçən yükdaşımalarımız hesabına formalaşır. Daha nə istəyirlər? Biz onları öz yerlərinə oturdarıq.”

Belarus prezidenti Avropa ölkələrinin “Belarusun nə demək olduğunu unutduqlarını” söyləyib: “Düşünürdülər ki, tanklarla, raketlərlə bizi əyə, qorxuda bilərlər. Hələ baxarıq, kim kimi qorxudacaq...”

Xatırladaq ki, Litva məlum hadisələrlə bağlı Lukaşenkoya və yüzlərlə Belarus məmuruna qarşı sanksiya tətbiq etdiyini açıqlayıb.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"