Ermənistanda şəhər meri həbs edildi
09 iyul, 2021 21:49

Ermənistanın Sünik vilayətinin Kacaran (Qacaran) şəhər meri Manvel Paramazyan həbs edilib.
Azsiyaset.com xəbər verir ki, bu barədə merin vəkili Lusine Saakyan feysbuk səhifəsində yazıb.
O bildirib ki, Paramazyan dələduzluq, rüşvət almaq və seçicinin azad iradəsinə mane olmaqda ittiham edilir.