“Belarus mühasirəyə alınıb“ - General
31 avqust, 2020 10:46

Belarusla qonşu NATO ölkələri hərbi potensiallarını artırır və kəşfiyyatı gücləndirir. Bu sözləri Belarus Baş Qərargah rəisi Ruslan Kosıgin deyib.
O bildirib ki, qonşu ölkələr hərbi potensialları ilə yanaşı xarici əsgərləri qəbul etmə və yerləşdirmə imkanlarını da artırır:
“Eyni zamanda ölkəmizə qarşı kəşfiyyat fəaliyyəti də çox gücləndirilir”.
Kosıgin əlavə edib ki, Belarus sərhədlərində 10 min canlı qüvvə, 40 min hərbi uçuş aparatı və 500-dən çox ağır hərbi texnika yerləşdirilib.