Paşinyanın İranın yeni prezidentinin andiçmə mərasimində etdikləri tənqid olundu - FOTO
06 avqust, 2021 00:58

Bu gün İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə qatılan rəhbər (Nikol Paşinyan – red.) zalda oturdu, tərcümə üçün cihazları çıxardı və telefonda qurdalandı.
Azsiyaset.com xəbər verir ki, bunu Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.
“Bu axmaq diplomatiyanın, mədəniyyətin, tərbiyənin, məsuliyyətin nə olduğunu anlamır. Xüsusilə Şərqdə bu cür sayğısızlıq və pis davranış təzahürləri unudulmur və bağışlanılmır”, - Aşotyan bildirib.