İranın yeni prezidentinin komandasında kimlər var?

13 avqust, 2021 09:13

“İranın yeni Prezidenti İbrahim Rəisi özü kabinetini də özü kimi mühafizəkarlardan formalaşdırıb”.

Azsiyaset.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert prezident seçkilərindən sonra İran daxilində baş verən siyasi dəyişikliyə diqqət çəkib:

“İran prezidenti İbrahim Rəisi bu gün parlamentə nazirlər kabinetinin siyahısını məktubla göndərib. Parlament nazirləri avqustun 22-dəki iclasında müzakirə edəcək. İbrahim Rəisi əsas postlara İslam Keşikçiləri Korpusuyla sıx bağlı və anti-Qərb meylli namizədləri irəli sürüb. Misal üçün, xarici işlər naziri vəzifəsinə irəli sürülən Hüseyn Əmir Abdullahiyan SEPAH-ın “Qüds” briqadasına yaxın şəxsdir. O, Qərbə və İsrailə nifrət edən açıqlamaları ilə yadda qalıb. “İsraili hər an dağıdıb, onun şəhərlərini viran qoya bilərik”, deyən yeni nazir ali dini lider Əli Xameneyi və “Hizbullah”ın lideri Həsən Nəsrullahla yaxınlığı ilə tanınır. Rəisinin daxili işlər naziri postuna irəli sürdüyü Əhməd Vəhidi də beynəlxalq aləmdə böyük rezonans doğurub. Əhməd Vəhidi 1994-cü ildə SEPAH və ETTELAAT-a bağlı qüvvələrin Argentinanın paytaxtında yəhudilərə məxsus “Amya” mərkəzində törətdiyi terror aktında iştirakda şübhəli bilinir. Həmin partlayış zamanı 80-dən çox insan həlak olmuşdu. O 2007-ci ildən İnterpolun axtarış siyahısındadır”.

Elxan Şahinoğlu qeyd edib ki, İbrahim Rəisi kabineti də özü kimi mühafizəkarlardan formalaşdırıb:

“Parlamentdə mühafizəkarların çoxluqda olduğunu nəzərə alaraq nazirlərin təsdiq olunacağı şübhə doğurmur. Yeni nazirlərin qarşısında titanik problemlər var. Birincisi, İranda pandemiya tüğyan edir, virusa yoluxma və ölüm halları azalmır, vaksin çatışmır. İkincisi, pandemiya və sanksiyalar iqtisadiyyatı çökərdib, sosial problemlər artıb. Üçüncüsü, Tehranın Vaşinqtonla “nüvə anlaşması” danışıqları dalana dirənib. Dördüncüsü, İran İsraillə müharibə astanasındadır. Beşincisi, Tehranın ərəb dünyasının bir hissəsiylə də münasibətləri gərgindir. Bu problemləri islahatçı adlanan keçmiş prezident Həsən Ruhani və komandası həll edə bilmədi. Mühafizəkarlrın şansı nə qədərdir – bunu zaman göstərəcək”.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"