Əfqanıstan prezidenti ölkəni tərk etdi
15 avqust, 2021 18:22

"Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra prezident Əşrəf Qani ölkəni tərk edib.
Bu barədə "Tolo News" agentliyi xəbər verir.
Məlumata görə, ölkəni tərk edən Ə.Qani Tacikistana üz tutub.
Qeyd edək ki, yayılan xəbərlərə görə, Əşrəf Qani artıq istefa verməyə razılaşıb.