Əşrəf Qani niyə istefa verdi? - Özü açıqladı
16 avqust, 2021 00:11

"Taliban" Kabilə hücum etməyə hazırlaşırdı.
Azsiyaset.com xəbər verir ki, bu barədə istefa verən Əfqanıstan Prezidenti Əşrəf Qani özünün Feysbukdakı səhifəsində yazıb.
“Düzgün qərar qəbul etdim. Taliban məni hakimiyyətdən devirmək üçün Kabilə və onun sakinlərinə qarşı qanlı hücum etməyə hazır olduğunu açıq şəkildə bəyan etdi. Qan tökülməsinin qarşısını almaq üçün vəzifəmdən istefa vermək qərarına gəldim”, - o bildirib.