Azərbaycandan "nüfuzlu şəxsin" Maltada qətl sifariş etməsinin yeni təfərrüatları...

17 avqust, 2021 17:03

Maltada yaşayan keçmiş arvadını öldürmək üçün killer axtaran və böyük məbləğdə pul ödəməyə hazır olan nüfuzlu azərbaycanlının bu ölkədə güclü əlaqələri var.

Azsiyaset.com virtualaz.org-a istinadla xəbər verir ki, bu haqda Malta KİV-ləri yazır.

Xatırladaq ki, ötən gün “The Times of Malta” nəşri Maltada yaşayan qadının keçmiş ərinin bu ölkənin hüquq-mühafizə orqanlarına təqdim etdiyi şikayəti barədə yazıb. Kimliyi açıqlanmayan qadın bildirir ki,  keçmiş əri Maltada işləyən azərbaycanlıya onun qətlini həyata keçirmək üçün killer tapmaq sifarişi verib. Və bunun üçün yüksək məbləğ ödəməyə hazır olduğunu deyib. Lakin həmin azərbaycanlı bu planı qadına danışıb. Qadın həmin şəxsin iki videoyazısını da dəlil olaraq prokurorluğa təqdim edib. Habelə bildirib ki, keçmiş əri bir neçə ay əvvəl onun mənzilinə gizli kamera və səsyazma qurğusu yerləşdirilməsini təşkil edib.

Prokuror Piter Pol Zammit qadının bu şikayətini araşdırmaq üçün məhkəməyə göndərib. Və iş üzrə məhkəmə təhqiqatının aparılması üçün vəsatət verib.

“Newsbook” adlı Malta internet-nəşri yazır ki, həmin qadın Rusiya vətəndaşıdır. Hazırda Malta vətəndaşı ilə evlidir. Keçmiş ərinin onu öldürmək üçün killer axtardığını qadına çatdıran azərbaycanlı isə Maltada işləyir və onlarla qonşuluqda yaşayır.

Həmin şəxs (azərbaycanlı) rus dilində danışdığı videoda təsvir edir ki, qadının keçmiş ərinin killer tapmaq barədə xahişindən şoka düşüb. Və o, Azərbaycanda uzun müddət həbsdə olmuş qardaşı vasitəsilə killer tapmağa çalışdığı haqda görüntü yaradaraq vaxt udmağa çalışıb.

Bildirilir ki, qadın bundan əvvəl də keçmiş ərinin onu öldürmək planları barədə Malta polisinə şikayət edib, lakin Malta hakimiyyəti şikayətlərə məhəl qoymayıb, keçmiş ərinin tərəfində olub. Hazırda Malta polisi şikayət üzrə araşdırma aparır, amma məhkəmə araşdırması hələ başlamayıb.

Qadın israr edir ki, onun keçmiş ərinin Maltada güclü əlaqələri var. Bu deyilənləri videoda çıxış edən şəxs də təkrar edib. Qadın keçmiş ərinin-Azərbaycan vətəndaşının Maltaya aparılmasını və dindirilməsini tələb edir.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"