Rus turistlər Ermənistandan üz çeviriblər - İranlıların isə marağı daha da artıb

31 avqust, 2021 14:10

Ermənistanın rəsmi statistika qurumu ölkənin turizm sektorundakı vəziyyətlə bağlı 2020-ci il və cari ilin 6 ayına aid göstəriciləri açıqlayıb. 

“Azsiyaset” azpolitika.info-ya istinadla xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, qurumun yaydığı hesabatda turist kimi Ermənistana gələnlərin sayında kəskin azalmanın baş verdiyi qeyd olunur. Maraqlıdır ki, ötən il karantin qadağaları və müharibə faktoruna baxmayaraq, Ermənistana builkindən daha çox turist gəlib.

Sənəddə göstərilir ki, 2020-ci ildə Ermənistana 2019-cu illə müqayisədə 1.5 milyon nəfər, yəni 80.2 faiz daha az turist gəlib. 2021-ci ilin ilk 6 ayında isə ölkəni ötən ilin müvafiq dövrünə nisbətdə təxminən 70 min nəfər, yəni 23 faiz az turist ziyarət edib. Baxmayaraq ki, 2020-cilin birinci yarısı demək olar bütünlüklə karantin qadağaları ilə müşayiət olunub, cari ildə isə həmin qadağalar xeyli yumşaldılıb. Statistika idarəsi xüsusilə Rusiyadan gələn turistlərin sayında kəskin azalmanın olduğunu qeyd edir. Bildirilir ki, ölkəyə ilin ilk 6 ayında cəmi 93 min rusiyalı turist gəlib. Bu da ötən illə müqayisədə 23 faiz azdır. Görünür, xüsusilə müharibədən sonra məğlub və kasıb Ermənistan rusları az maraqlandırır. 

Ancaq maraqlıdır ki, Rusiyadan fərqli olaraq, İrandan Ermənistana gələnlərin sayı kəskin şəkildə artıb - 2.4 dəfə. Belə ki, ilin ilk 6 ayında Ermənistana 27 min iranlı gəlib. Bu, bir tərəfdən müharibə dövründə və ondan sonra İranla Ermənistanın “dostluq və qardaşlıq” münasibətlərinin daha da güclənməsindən irəli gəlirsə, digər tərəfdən də iranlıların Ermənistanda pulsuz peyvənd olunmaq istəyilə əlaqədardır. Belə ki, Ermənistana gələn iranlılar burada öz ölkələrindən fərqli olaraq, “COVİD-19”-a qarşı asanlıqla pulsuz peyvənd oluna bilirlər. 

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"