“Mən Poroşenko deyiləm, milyardlarım yoxdur” - Lukaşenko
08 sentyabr, 2020 22:54

Belarus Prezidenti Aleksandr Lukaşenko televiziya kanallarının birinə müsahibəsində milyardlarının olmadığını bildirib.
Belarus lideri milyardları olsa belə, ölkəsini tərk etməyəcəyini deyib:
“Mən Poroşenko deyiləm, milyonlarım və milyardlarım yoxdur. Ancaq olsaydı belə, heç vaxt Belarusu tərk etməyəcəkdim”.