"5-6 yunan təyyarəsini vuracağıq" - Ərdoğanın müşaviri

09 sentyabr, 2020 10:08

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın xarici siyasət üzrə müşaviri Məsut Hakkı Caşin xeyli təhqiredici və təhdidedici bir bəyanatla çıxış edib.

Türkiyə telekanalında çıxışı zamanı o, nəinki Yunanıstanı, həm də Fransanı təhqir edib və Türkiyənin Fransa avidaşıyıcısını Şərqi Aralıq dənizində batıracağı ilə hədələyib. Bu barədə «Orthodox Times» yunan nəşri yazıb.

«Yunanıstan Şərqi Aralıq dənizində doğal qaz tapmadı və onun özünün aviadaşıyıcısı olmasa da, Türkiyəyə qarşı buraya fransız aviadaşıyıcısı göndərir. Yunanıstan bizə başqasının atı ilə hücum edir. Bu at güllələnəcək. Bu, birincisi. İkincisi, Türkiyə - səsdən məhrum dövlət deyil. Bizm əziz prezidentimiz bəyan edib ki, biz, başqalarının hüquqlarına iddia etmirik, amma bizim hüquqlarımızı pozmağa da yol verməyəcəyik. Əgər bizim hüququmuzu pozacaq kimsə varsa, türk milləti onu parçalara böləcək. Türkiyənin çox böyük ordusu var. Egey dənizində və Aralıq dənizində bizimlə oynamağa cürət edəcək kimsə varmı?» - Türkiyə liderinin müşaviri bildirib.

Caşin bununla kifayətlənməyib və Yunanıstanı hədələyib ki, Türkiyə hava-hücumundan müdafiə (HHM) qüvvələri «tezliklə 5 və ya 6 yunan təyyarəsini vuracaq».

«Yəni gerçəkdənmi Yunanıstan bizim yumruğumuzu sınamaq istəyir? Yunanlar bunu hələ dərk etmirlər… Yetər! Bizim pilotlar tezliklə yunanların 5 və ya 6 uçağını vuracaqlar və biz, müharibəyə başlayacağıq. Türk xalqı heç vəchlə belə təzyiq altında qala bilməz. Türkiyə elə ölkə deyil ki, onu imtahana çəkə biləsiniz. Türk əsgərinin süngüsü yerindədir və hazırdır. Əvvəllər biz, hətta düşmənin axırına gülləsiz - süngü ilə çıxmışıq. Odur ki, irəli!» - deyə, Ərdoğanın müşaviri səslənib.

Qeyd edək ki, dünən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da Yunanıstana xəbərdarlrq edərək, ağlını başına yığmağı tövsiyə edib.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"