“Zoom”la dərs keçən professor canlı yayımda koronavirusdan öldü

09 sentyabr, 2020 18:59

Bir çox ölkədə koronavirus pandemiyasına görə təhsil sisteminin aqibətinə dair mübahisələrin hələ də davam etdiyi, hökumətlərin qərar verməkdə tərəddüd keçirdiyi bir vaxtda universitetlərdə məsafədən təhsil praktikasını tətbiq edən Argentinada dramatik hadisə yaşanıb.

Azsiyasət.com xarici KİV-lərə istinadən xəbər verir ki, paytaxt Buones Ayresdəki universitetlərdən birinin professoru “Zoom” proqramı ilə online dərs keçərkən tələbələrinin gözü qarşısında, canlı yayımda koronavirusdan ölüb.

Bildirilir ki, Universidad Argentina de la Empresa-da siyasət və beynəlxalq münasibətlər fənnindən mühazirə deyən 46 yaşlı professor Paola de Simone “Zoom” proqramı ilə virtual dərs keçdiyi vaxt halı pisləşib. Tələbələrinin kameralarının qarşısında nəfəs çatışmazlığı yaşayan və aramsız öskürəkdən boğulan professor bir neçə dəqiqə sonra yerə yıxılaraq keçinib.

Bu görüntülər sosial şəbəkələrdə paylaşılıb. Tələbələrindən biri deyib ki, dərsə başlamazdan əvvəl professor tələbələrinə özünü yaxşı hiss etmədiyini, nəfəs darlığından əziyyət çəkdiyini deyib. Bildirilir ki, professorda avqust ayında COVİD-19 virusunun əlamətləri meydana çıxıb. Daha sonra onda pnevmoniya yaranıb.

Tələbələri professora “ünvanı deyin, sizə təcili yardım göndərək” deyə kömək etməyə çalışsalar da De Simone “bacarmıram” deyib, az sonra yerə yıxılıb.

Tələbələrdən biri Anna Breccia bildirib:

“Mən və qrup yoldaşlarım həmin dərsə qoşulmuşduq. Professor pnevmoniya olduğunu dedi, özünü pis hiss etdiyini bildirdi. Daha sonra dərs zamanı vəziyyəti pisləşdi, danışmaqda çətinlik çəkdi. Müvazinətini itirib yıxıldı”.

Professor De Simonenin əri həkim idi və o, tələbələrinə ərinin koronavurs pandemiyası üzündən çox gərgin işləməsindən şikayətlənirmiş. Axşam evə gələn həkim onun meyitini tapıb. 500 minə yaxın adamın koronavirusa yoluxduğu Argentinada gənc professorun ölümü geniş rezonans və kədər doğurub.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI