Türkiyə Vanda 3 şəhid verdi
11 sentyabr, 2020 21:59

Van şəhərinin Çatak rayonunda Türkiyə ordusunun 3 hərbçisi şəhid olub.
AZSİYASƏT.COM “Hürriyet”ə istinadən xəbər verir ki, “Yıldırım-10 Norduz” terror əleyhinə əməliyyat zamanı 1 jandarma kapitanı, 2 jandarma çavuşu həlak olub, 1 jandarma podpolkovniki isə yaralanıb.
Əməliyyat zamanı 3 terrorçu məhv edilib.